- Köhnə - Region
- 1 Sentyabr 2014 14:14
- 3 985
“Luqansk” aeroportu rusların nəzarətində-Ukrayna Ordusu geri çəkildi (VİDEO)
Ukraynanın ordu birləşmələri nəzarətlərində saxladıqları “Luqansk” hava limanından geri çəkiliblər.
AzNews.az-ın məlumatına görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzinin sözcüsü Andrey Lısenko bildirib ki, Ukrayna hərbçilərinin aeroportu tərk etməsi yuxarı komandanlığın göstərişi ilə həyata keçirilib: "Son sutka ərzində Luqansk istiqamətində hərbçilərimizin 7-si həlak olub, 25-i isə yaralanıb. Vəziyyət gərgin olduğundan geri çəkilməklə bağlı əmri icra ediblər".O deyib ki, hökumət qüvvələrinin mövqeləri artileriya sistemlərindən dəqiq nişan alınıb. Bu da əməliyyatı peşəkar hərbi qüvvələr tərəfindən həyata keçirilməsi anlamına gəlir.
Xatırladaq ki, artıq 1 həftəyə yaxındır separatçılar Rusiya hərbi qüvvələrinin dəstəyi ilə itirdikləri mövqeləri geri almağa başlayıblar.
Məhəmməd
AzNews.az