İran ABŞ-a cavab verəcək

İran İslam Respublikasının birinci vitse-prezidenti Esxak Çahangiri İranın ABŞ-ın sanksiyalarına analoji cavab vermək hüququnu öz üzərində saxladığını bildirib.

ANS PRESS-in məlumatına görə, bu haqda İRNA agentlıyi xəbər verib.

Məmur avqustun 29-da Vaşinqtonun yeni sanksiyalarını ittiham edərək bildirib ki, bunlar Tehran və dünya dövlətləri arasında noyabrda bağlanmış Genevrə razılaşmasına ziddir.

Onun sözlərinə görə, bu addım İranın nüvə probleminin həlli prosesi ilə eyni vaxda aparılır, ancaq o təsdiq edib ki, Tehran "altılıqla" danışıqları (Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya) davam edəcək.

Daha əvvəl məlum olub ki, ABŞ hakimiyyəti 25 insana və təşkilata, həmçinin nəqliyyat firmaları, aviaşirkətlər və İran nüvə proqramına yardım etmədə şübhələnilən altı banka yeni sanksiyalar qoyub.

Vaşinqton bildirib ki, yeni sanksiya siyahısına düşənlər İran barəsində qüvvədə olan məhdudiyyətləri pozub.

Bir sıra İran müəssisələrinə qarşı ABŞ-ın yeni məhdudlaşdırıcı ölçülərin tətbiqini şərh edərkən İran prezidenti Həsən Ruhani bildirib ki, onun administrasiyası
yeni sanksiyaların nəticələrinin öhdəsindən gəlməsi yolunda dəqiqələr itirmək niyyətində deyil.

AzNews.az