UEFA-dan Krım açıqlaması - FOTO

UEFA-nın vitse-prezidenti Qriqori Surkis Krım məsələsinə dair mövqeyini açıqlayıb.


ANS PRESS-in məlumatına görə, ukraynalı funksioner FİFA qaydalarını xatırladaraq Rusiyanı hədələyib.

Surkis Ukrayna Futbol Federasiyasının danışıqlara getməyə çağırmaqla yanaşı Rusiya Futbol İttifaqının ciddi sanksiyalarla üzləşəcəyini proqnozlaşdırıb: "FİFA, UEFA, habelə bu qurumların hüquqi strukturlarının "Problem futbol konsitusiyasına uyğun həll edilməlidir" fikrimə diqqət yetirəcəklərini düşünürəm. Normal insanlar üçün qeyri-qanuni hesab edilən şeylər qeyri-qanunidir. Qanun çərçivəsində ölkəmin mənafeini qoruyacam".

AzNews.az