İngiltərə Türkiyəni dinləməsi ilə bağlı açıqlama verdi

Türkiyəni dinlədiyi iddia edilən İngiltərə məsələ ilə bağlı açıqlama verib.


Axar.az xəbər verir ki, İngiltərə hökuməti uzun müddətdir kəşfiyyat təşkilatının işlərinə qarışmadıqlarını bildirib.

İngiltərə hökuməti bütün işlərin qanun çərçivəsində icra edildiyini vurğulayıb: "Kəşfiyyat işlərində uzun müddətdir şərh vermirik. Bu siyasətimizin bir parçasıdır. Bütün işlər qanun çərçivəsində görülür. Buna əlavə olaraq Birləşmiş Krallığın dinləmə sistemi Avropa İnsan Hüquqları Konvensiyası ilə tənzimlənir".

Qeyd edək ki, Almaniyanın "Der Spiegel" jurnalı tərəfindən Amerikanın kəşfiyyat xidməti ilə əməkdaşlıq edən İngiltərə kəşfiyyat təşkilatının Türkiyənin dinləndiyi barədə məlumat yaymışdı.

AzNews.az