Vağzal Biləcəriyə köçürülə bilər

"Dəmiryol vağzalının köçürülməsi planda deyil. Lakin əgər hökumət tərəfindən təklif olsa, buna baxıla bilər".

Bu sözləri Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov vağzalın köçürüləcəyi haqda yayılan xəbərlərə münasibət bildirərkən dedi. QSC sözçüsü qeyd etdi ki, vağzalın Biləcəriyə köçürüləcəyi haqda fikirlər səslənir:

"Ancaq hələlik konkret belə bir plan nəzərdə tutulmayıb. Sadəcə deyirlər ki, Biləcəriyə köçürülə bilər. İndiki halda heç bir dövlət planı yoxdur. Gərək hökumətdən bizə təklif olsun, onda baxaq".

N.Əzməmmədov vağzalın indiki yerinin heç br narahatlıq yaratmadığını düşünür:

"Bütün şəhərlərdə vağzallar mərkəzdə, gözəl yerlərdə olur. Bu həm də şəhərə gələn qonaqlar üçün rahatdır. Məncə, vağzal Bakıda yaxşı yerdədir və heç bir narahatlıq yaratmır".

AzNews.az