Bakıda “Qaynana” kinosu gerçək olub. Bakıda “Qaynana” kinosu gerçək olub.

Bakıda "Qaynana" filmi təkrarlandı - YENİLƏNİB 2

Bakıda “Qaynana” kinosu gerçək olub.



Fərq yalnız dəlixana əvəzinə yanğınsöndürənə edilmiş zəngdədir. Mətbuatda Yasamal rayonu, Nərimanov prospektində yerləşən Cəfər Cabbarlı adına kitabxananın yanması barədə məlumat yayılıb. Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən aldığı məlumat isə gözlənilməz olub. Həmin kitabxanaya yanğınsöndürən maşınlar göndərilib, amma məsələ fərqli olub. Kitabxananın bir əməkdaşının ürəyi gedib. Onun iş yoldaşları isə təcili yardım əvəzinə yanğınsöndürənlərə zəng ediblər.

Yanğınsöndürənlər həmin kitabxanaya getsələr də, gördükləri mənzərədən çaş-baş qalıblar.


***
12:54

Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməyib.

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi rəsmi saytında açıqlama yayıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin "101" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda Cəfər Cabbarlı adına kitabxanada yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə DYMX-nin müvafiq qüvvələri cəlb edilib.

Göstərilən ünvanda yanğın hadisəsi aşkar olunmayıb.

AzNews.az

***
11:10

Bakıda yanğın hadisəsi baş verib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Nərimanov prospektində yerləşən Cəfər Cabbarlı adına kitabxanada qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

AzNews.az