Rusiya hərbi doktorinasına əlavə və dəyişikliklər edilməklə yenidən yazılacaq. Rusiya hərbi doktorinasına əlavə və dəyişikliklər edilməklə yenidən yazılacaq.

Rusiya hərbi doktorinasını yeniləyir

Rusiya hərbi doktorinasına əlavə və dəyişikliklər edilməklə yenidən yazılacaq.



AzNews.az-ın məlumatına görə, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bildirib ki, NATO-nun genişlənməsi, Ukraynada baş verən hadisələr, o cümlədən Şərqi Avropada hava hücumundan müdafiə sistemi qurğularının sayının artırılması hərbi doktorinanın yenidən işlənməsinə səbəb olub.

M. Popovun sözlərinə görə, Rusiya müttəfiqlərinə yenidən baxmaq məcburiyyətində qalıb: "ABŞ və NATO-ya daxil olan ölkələr hücum strategiyasını yenidən formalaşdıraraq, gücləndirir. ABŞ Baltikyanı ölkələrdə hərbi birləşmələrinin sayını artırır. Artıq Estoniyaya ağır texnikaların gətirilməsi məsələsi konkretləşdirilib. Bütün bunlar isə Rusiya sərhədlərində baş verir".

O bildirib ki, bu ilin sonuna qədər sənəd yenidən hazırlanaraq, qəbul olunacaq.

Məhəmməd
AzNews.az