“Miss Global International” gözəllik müsabiqəsinin Azərbaycan milli seçim turunun qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılıb. “Miss Global International” gözəllik müsabiqəsinin Azərbaycan milli seçim turunun qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılıb.

Azərbaycan gözəlinə qarşı təxribat

“Miss Global International” gözəllik müsabiqəsinin Azərbaycan milli seçim turunun qalibi Banu Şücai müsabiqədən uzaqlaşdırılıb.



"Qafqazinfo"nun məlumatına görə, Şücai bu haqda sosial şəbəkədə məlumat verib:

"Nəzərinizə çatdırmaq istəyirəm ki, bir neçə gün öncə mənə "Miss Global İnternational" gözəllik müsabiqəsindən uzaqlaşdırıldığım haqda məlumat verildi. Müsabiqənin təşkilatçısı "Z Company" şirkətinin rəhbəri Zamiq Yunisov səbəb olaraq bildirdi ki, daha öncə "Miss Global International " gözəllik yarışmasının təşkilatı işləri ilə məşğul olan "Merac Production" şirkəti və Nigar Məmmədova tərəfindən seçilmişəm. Ona görə də müsabiqədə iştirak edə bilmərəm. "Z-Company" şirkəti bu proyekti artıq bir aydan artıqdır öhdəliyinə götürüb. Lakin bu yalançı problem haqda mənə 5 gündür məlumat verilib. Şirkətin icraçı direktoru olan Pərviz Əzimzadə bildirdi ki, mənim yerimə başqa bir xanım seçilib və adı sirr olaraq saxlanılır.

Mən "Miss Global Azərbaycan" adına 25.05.2014-cü il tarixində layiq görülmüşəm və "Miss Global International" gözəllik müsabiqəsinin sahibi olan Rasim Aydın tərəfindən sertifikat ilə təltif olunmuşam. Bu sertifikat "Miss Global Azərbaycan" titulunun tək sahibinin mən Banu Şücai olduğumun ən əsas sübutudur".

AzNews.az