İyirminci illərin sonunda SSRİ-nin xüsusi idarəsi nə qədər düşməni varsa, hamısının fiziki məhvini reallaşdırmaq üçün əyalətlərə ordu hissələri göndərməyə davam edir; İyirminci illərin sonunda SSRİ-nin xüsusi idarəsi nə qədər düşməni varsa, hamısının fiziki məhvini reallaşdırmaq üçün əyalətlərə ordu hissələri göndərməyə davam edir;

KQB şefi rusları kömürlüyə basdıran Məşədini niyə bağışladı - Gizli Tarix

İyirminci illərin sonunda SSRİ-nin xüsusi idarəsi nə qədər düşməni varsa, hamısının fiziki məhvini reallaşdırmaq üçün əyalətlərə ordu hissələri göndərməyə davam edir;

Azərbaycan SSRİ –nin Qərb əraziləri əsasən 1926-cı ildən sonra hücuma məruz qalır. Mərhələ-mərhələ nə qədər ələ keçən bəy, varlı, molla varsa "KULAK" adı altında həbs edib güllələyir, ən yüngül halda isə Sibirə- gedər-gəlməzə yollayırlar;
Üzü Tovuza tərəf gələn bəla məhz elə o illərdə - 20-ci illərin sonuna doğru daha amansız hal almağa başlayır.


Çanaqçıda ölən ruslar

Tovuzun səhəri doğma torpaqlarda səslənən rus ayaqlarının tappıltısıya ayılır. Bu üzü qonur, şimal insanları uzaq niyyətlə, amma ölümə doğru addımlayaraq azad torpağın bakirəliyini pozurlar.

Dəstə-dəstə irəliləyən qoşun nəhayət, "Çanaqçı" dərəsinə varid olur. Burdan o tərəfə doğru "düşmən" adlandırdıqları yerli bəylər, nüfuzlu şəxslər yaşayırdı.
Rus komandir "Çanaqçı"ya girişini hiss etdirmək üçün qəddar üsula əl atır.

Onun yanına kənddə əllərinə keçmiş bir gənc oğlanı gətirirlər. Komandir kənddə varlıların kim olması ilə maraqlanır, ona kəndin vurub-tutan insanlarından danışmağı tələb edir. Komandirin əvvəlcədən kəşfiyyat məlumatları da vardı ki, kənddə onun gəlişinə hazırlıq görülüb. Gənc isə susur. Rus işğalçısı ondan heç bir cavab ala bilmədiyini görərək, güllələnməsini əmr edir.

Bir anda atılmış yeddi güllə bu torpağa işğalçının gəlişinin ilk siqnal səsi idi...
Rusların Çanaqçının "Almalı tala" kəndindəki bu qəddarlığı onsuz da tükənmiş səbri daşırdı.
Çanqaçının məşhur kişiləri - Məşədi Ələkbər (Sovet düşməni, qaçaq Məcid ağanın siğə qardaşı olmaqla yanaşı ən məşhur atıcı olub. El arasında Məşədi Ələf deyilər) Kalvayı Abbas, Muka Namazın başçılığı ilə düşmənə layiqli cavab vermək üçün fürsət gözləyirlər.

Burda Məşdi Ələf ruslara ilk xəbərdarlığını edir. Belə ki, "Keçili dağ"da "Almalı tala" kəndini vurmaq üçün qurulan topa qarşı bircə gülləylə tədbir görür.

Məşədi Ələf ordan güllə ilə topun arxasındakı adamı 5 atılan tüfənglə vurur.
Burdan sonra, qoşun " Almalı tala"nı keçib, "Maralllı"ya doğru çıxır. Yerlilərin sınaqlı müqəddəsgahı olan "Haçaqaya"nın arxasında düşmən ilk dəfə ciddi məğlubiyyətə uğradılır.
Burda bir məqamı da qeyd edim ki, rusların "Almalı Tala"da öldürdüyü gənc oğlan Məşədi Ələfin kiçik oğlu olub. O, "Marallı"da rusun bütöv bir bölüyünü məhv etdikdən sonra 6 rus əsgərini əsir götürür və "Almalı tala"ya oğlu öldürülən yerə gətirir.
Rusları külfəyə basdırır (Külfə- kömür hazırlamaq üçün quyu). Günlər sonra ordan qaçıb qayalıqda daşa yapışmış bir rus əsgərinin meyitini tapırlar. Bu gün də həmin yerin adı "Rus qırılan" adlanır.

..."Marallı"dakı döyüşdən sonra hökumət ciddi səhvə yol verdiyini anlayır və bu dəfə daha diplomatik davranmağa qərar verir: plana görə, Məşədi Ələfin üzə çıxması üçün danışıq aparılır.
Onsuz da öldürülən oğlunun qisasını alan Məşədiyə yalnız bir yol qalır: o da, öldürülmüş komandirin meyitini hökumətə təhvil verməkdən ibarət idi.
Məşədi Ələf təklifə razılaşır və "Haçqaya"nın altında öldürülmüş rus komandirin meyitini Suleymanın belinə yükləyir və "Ağbaşlar"a çıxadır. Ordan da faytonla "Saratovka"ya yola salır.

Məşədi Ələf necə "imam" oldu?

1930-cu ilin yazı demək olar ki, Gədəbəy-Tovuz bölgəsində anti-sovet müqaviməti tam şəkildə yatırılır.
Amma illər keçsə də, vaxtilə hökumətin əmrinə boyun əyməyənlər yaddan çıxmır. 1936-ci ilin əvvəllərində keçmişdə qaçaq olmuş Məşədi Ələfin başının üstünü qara buludlar alır. Üzə çıxdıqdan sonra heç kəsin ona dəyib-dolaşmadığını görən Ələf kişi silahını yerə qoyub, kəndçiliyinə davam edir.

Elə həmən il "Çanaqçı" sovetliyinə yenicə sədr təyin edilmiş "Aqqaşoğlu" ləqəbli birisi Ələf kişinin nüfuzu ilə barışmalı olsa da, bir yolla fürsət tapıb onu aradan qaldırmağa çalışır.
İlk olaraq, Ələf kişinin yaxın ətrafındakı adamlarını dolaşdırmaqla onu zəif salmağa başlayır.
Ələf kişinin qudası Hüseynalı kişinin başına olmaz iş açır.
Aqqaşoğlunun qılıncının dalı-qabağı kəsən vaxtı demək olar ki, sovetlikdə xoşuna gələn qız-gəlinə söz atır, kefini çəkir.
Təbii ki, bunu Məşədi Ələfin olduğu yerdə deyil, uzaq kəndlərdə etməyə başlayır.
Amma burda da onun qabağına Məşədinin qudası "Karl Marks" adına kolxozun sədri Hüseynalı kişi çıxır.
"Çanaqçı"da gecənin bir aləmi kolxozdan gələn Huseynalı kişi yetimin birinin qapısında sədrin atını görür.
Əlbəttə ki, ərsiz, dul qadının yanında gecənin bu vaxtı sədrin olması xoş niyyətli ola bilməzdi. O zamanlar isə ucqarlarda namus, özgəsinin qadınına göz dikmək çox pis qarşılanırdı.
Hüseynalı gecənin yarısına kimi sovet sədrinin evdən çıxmasını gözləyir və sədrə ciddi xəbərdarlıq edir.
İki gün sonra "Marks" kolxozuna gələn təftiş komissiyası Hüseynalı kişini dövlət əmlakını taladığı üçün haqında akt bağlayır və kişi Sibirə sürgün edilir. Və o gedən gedir...

Aqqaşoğlu isə hücumuna davam edir. Bu dəfə dini inancı olan, namazını vaxtlı-vaxtında qılan Məşədi Ələf hədəfə götürülür. Ateist dövlətin yerdəki buyruqçusu dini mübarizənin, mövhumata qarşı savaşın güclənməsi fonunda bir şayiə yayır: Məşədi Ələfə vergi verilib, O, imamdır.
Şayiə bütün Tovuza yayılır. İstəyinə çatan Aqqaşoğlu "GEPO"-ya donos yazır: "Mövhumatçı Məşədi Ələf dövlətə qarşı çıxır və imam olduğunu iddia edərək, zəhmətkeşlərə təsir göstərir. Bu ünsür haqında tədbir görməyinizi xahiş edirik".


Bakıdan nümayəndə gələnə qədər isə Məşədi Ələfi, oğlunu və atasını həbs edirlər...
Bakıdan gələn iki sadə geyimli şəxs Gəncə çayxanasında çay içməyə əyləşir.
Elə bu zaman "Çanaqçı"dan olan zarafatcıl Tanriverdi kişi çayxanaya daxil olur.

Başında motal papaq, əynində yapıncısı olan kişinin görkəmi çayxana avaralarının diqqətini cəlb edir.
-Budur, "çoban" da gəldi- deyə, birisi səslənir.
Cavab çox gözlətmir:
-Gəldim sizi aparam otlamağa, mənin "qoyunlarım".
Qocanın sözü bunları şapalaq kimi tutur. Qalxırlar kişini döyməyə, yan stolda əyləşən iki nəfər onlara mane olur və Tanriverdi kişini öz masalarına dəvət edirlər.
-Kişi hardansan?
-Ağrın alem, Şamlıqdan .
-Məşədi Ələfi tanıyırsanmı?
- Ağrın, alem bir adlı, sanlı kişidir. Amma şər atıblar tutublar.
- Nə şəridir, dayı?
- Nə bilim ay bala, deyirlər imam görüb.
Taleyi tükdən asılı olan Məşədi Ələfi özü də bilmədən Tanriverdi kişi ölümdən xilas edir.

Az sonra Aqqaş oğlu işdən çıxarılır. Dövlətin göndərdiyi komissiya ortaya dəhşətli faktlar çıxarır.

Uzun illər etdiyi cinayətlər bir-bir aşkar edilir.
Məşədi Ələf birbaşa NKVD-ə dəvət edilir . Sən demə, Məşədini yoxlamağa gələn iki nəfərdən biri ÇK-nın fövqəladə səlahiyyətli şefi Stepan Yemlyanov imiş.

İstintaq zamanı Ələf kişi uzun illər onunla düşmənçilik etmiş Aqqaşoğlunu ələ vermir.

Amma istintaq başa çatmamış Aqqaşoğlunun meyitini "Alakol"da yol qırağından tapırlar.
Görünür, sirlərinin açılmasından qorxan yoldaşları ondan bu yolla xilas olmuşdular.






Əziz Əlibəyli