Ombudsman Aparatı Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində həkim çatışmazlığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Ombudsman Aparatı Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində həkim çatışmazlığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Azərbaycan həbsxanalarıyla bağlı şok fakt: Həkim tapılmır

Ombudsman Aparatı Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində həkim çatışmazlığı ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Bunu AzNews.az-a Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Mexanizm qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ombudsman Aparatı bir neçə cəzaçəkmə müəssisəsində tibb xidmətinin vəziyyətinin yoxlanılması məqsədi ilə monitorinq keçirib və qrup bu sahədə xeyli sayda nöqsanlar aşkar edib.

V. Məhərrəmov problemlərin aradan qaldırılması üçün Ədliyyə Nazirliyinin Baş Tibbi İdarəsinə müraciət edildiyini də söyləyib: "Cəzaçəkmə müəssisələrində tibbi personalının əl çatan olmamağından şikayyət olundu. Əsas problemlər isə həkim çatışmamazlığı ilə bağlıdır. Mövcüd vakansiyalara uyğun olaraq, müəssisələrdə həkim kimi çalışmaq istəyən insanların sayı çox azdır. Digər problem isə növbətçiliklə bağlıdır. Hazırda müəssisələrdə az heyyətlə çalışan həkimlərin iş qrafiki səhər saat 9:00-dan axşam saat 18:00-dəkdir. Amma bundan sonrakı vaxtda yəni gecə növbəsində heç kim çalışmır. Bu da bir sıra problemlərə gətirib çıxarır. Baş Tibb İdarəsinə ştat vahidi imkan vermir ki, bu məsələdə öz həllini tapsın".

V. Məhhərəmov deyib ki, cəzaçəkmə müəssisələrində feldşer, stomatoloq, nevropatoloq, trapevt, narkoloq sahələrində çalışan həkimlərə ciddi ehtiyac var: "Hazırda Xidmətin Mərkəzi Müalicə Müəssisəsində bütün ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir. Amma təəssüf ki, cəzaçəkmə müəssisələrində bu çatışmamazlıq gözə çarpır. Elə müəssisə var ki, orada əlavə iki-üç həkimə ehtiyac var. Düzdür ehtiyac olduğu təqdirdə müəssisəyə mülki həkimlər çağrılır. Amma bu da düzgün hesab edilə bilməz. Bir söz də qeyd edə bilərəm ki, tibbi personalın çatışmamazlıq problemi əvvəlki ilərə nisbətən azalıb".

O, əlavə edib ki, bu gün ölkəmizin penitensiar müəssisələrində məhkumların saxlanma şəraiti ən müasir tələblərə çatdırılır və bunun üçün beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası davam etdirilir: "Ümid edirik ki, bu problem də qısa zaman kəsiyində öz həllini tapacaq".

Amid
AzNews.az