Mədəsindən 43 corab çıxdı- FOTOLAR

Baytar itin mədəsində 43 corab tapıb.

ANS PRESS-in məlumatına görə, hadisə ABŞ-ın Oreqon ştatında Portland şəhərində baş verib. 3 yaşlı doqlarının özünü pis hiss etməsini müşahidə edən sahibləri onu baytar yanına aparmağı qərarlaşdırıb.

Həkim dərhal itin mədəsinin rentgenini edib və orada böyük miqdarda yad əşya qeydə alıb. Əməliyyat keçilməz olub.

Əməliyyat zamanı hamını təəccübləndirən hal yaşanıb. İtin mədəsindən 43 corab çıxıb.

Baytar bütün corabları çıxartdıqdan sonra növbəti gün iti evə buraxıb.

AzNews.az
image description image description image description