1967 insan eyni vaxtda mahnı oxudu -VİDEO

Meksikada Ginnesin rekordlar kitabına düşmək istəyən meksikanlar qeyri-adi bir yola əl atıblar.

ANS TV-nin məlumatına görə, eyni vaxtda 1967 insan mahnı oxuyub. Bu aksiya 21-ci Beynəlxalq Maryaçi Festivalı çərçivəsində təşkil edilib. Bu qədər insanın eyni vaxtda məşhur Meksika mahnılarından birini ifa etməsi Zapopan şəhərini Ginnes dünya rekordu kitabına salıb.

Ginnes rekordlar kitabının nümayəndəsi bu rekordu təsdiqləyib. Bundan əvvəl Böyük Britaniyanın Liverpul şəhərində bir araya gələn 1631 nəfər eyni anda "Bitlz" qrupunun "Lav mi du" mahnısını ifa edərək, Ginnes rekorduna imza atmışdı. Həmin rekordu indi təzələyən Meksikadakı bu göstərici Beynəlxalq Maryaçi Festivalı zamanı qeydə alınan 7-ci Ginnes rekordudur.



AzNews.az