Günay Musayeva “Beyaz Karanfil” serialında

Sentyabrın 10-da İstanbulda "Miss Eurovision- 2014" gözəllik yarışması keçiriləcək.
AzNews.az xəbər verir ki, Kral TV vasitəsiylə canlı yayınlanacaq yarışmada münsif kürsüsündə həmyerlimiz Günay Musayeva da yer alacaq. G.Musayeva bu mövsümdə özünü həm də akrisa kimi sınayacaq.

Azərbaycanlı model Türkiyənin ATV kanalında efirə gedəcək "Beyaz Karanfil" serialında Derya obrazını canlandıracaq. Uzun zamandır aktyorluq dəsrləri alan model serialda narkotik baronu Burhan Korkmazın (Ali Sürmeli) asistenti və sevgilisi rolunda olacaq. "Kurtlar Vadisi"nin yaradıcılarından Bahadır Özdener və Cüneyt Aysanın müəllifi olduqları serial sentyabrin sonu yayına girəcək.

Qeyd edək ki, həmyerlimiz model kimi də fəaliyyətini davam etdirməkdədir. Günay Gənc dizaynerlərə dəstək olmaq məqsədi ilə təşkil edilən "MESİAD 2014 - Moda və Tekstil Dizayn" defilesinə qatılıb. Merter Fashion Weekdə Günayla yanaşı Çağla Şikel, Özge Ulusoy kimi məşhurlarda podiuma çıxıb.

Model bu yaxınlarda mediada boşanması ilə bağlı yayılan xəbərlərinsə əsassız olduğunu bildirib.

Bahar
AzNews.az