“Mənim təqdimatımda “Günəbaxan” tam fərqli olacaq” - Kamran

Bunu AzNews.a-a açıqlamasında məhur şomen, teleaparıcı Kamran Həsənli deyib.

O, bildirib ki, "Space" kanalından tamamiylə ayrılıb.
"Bu mövsümdə tamaşaçılar "Günəbaxan" verilişində fərqli nə görəcək" sualına K.Həsənlinin cavabı belə olub: ""Günəbaxan"da mətbəxt bölümü var ki, onu mən aparmayacam. Fərqlilik çox olacaq. Amma bəri başdan danışmaq istəmirəm. Tamaşaçılar bu fərqliliyi elə ilk gündən veriliş efirə gedəndə biləcək".

ANS telekanalına kim tərəfindən dəvət olunması məsələsinə gəlincə, aparıcı bu barədə danışmaq istəmədiyini dedi: "Bizdə belə məsələlər açıqlanmır".

Xatırladaq ki, bir neçə gün öncə tanınmış teleaparıcı İlqar Mikayıloğlu ANS-dən ayrıldı və bundan sonra onun aparıcısı olduğu "Günəbaxan" verilişi Kamran Həsənliyə verildi.

Bahar Rüstəmli
AzNews.az