“Sərdar Cəlaloğlu "tədrici demokratiya" nağılları ilə özünü aldada bilər”. “Sərdar Cəlaloğlu "tədrici demokratiya" nağılları ilə özünü aldada bilər”.

“Sərdar Cəlaloğlu nağıllarıyla yalnız özünü aldada bilər” - AXCP

“Sərdar Cəlaloğlu "tədrici demokratiya" nağılları ilə özünü aldada bilər”.


Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Nürəddin Məmmədli bildirib.

N.Məmmədlinin sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının sədri S.Cəlaloğlunun fikrinin cəmiyyətə təsiri ən nüfuzsuz YAP-çının dediyindən artıq deyil: "Bu gün onun dediklərinin həqiqət payı və cəmiyyətə təsiri, ən nüfuzsuz YAP-çının dediyindən artıq deyil".

Qeyd edək ki, S.Cəlaloğlu mətbuata müsahibəsində AXCP və onun sədri Əli Kərimlini ağır ittiham edib. O, bildirib ki, Azərbaycan müxalifətinin indiyə qədər parlamentdə səsi eşidiləcək səviyyədə təmsil olunmasının qarşısını hakimiyyətlə yanaşı, AXCP və onun sədri Əli Kərimli alıb. Məhz onlar tədrici demokratiyanın Azərbaycanda reallaşmasının qarşısını kəsiblər.

Bahar Rüstəmli
AzNews.az