193 və 88 saylı avtobuslar hər gün qarşı yola çıxaraq qəza şəraiti yaradır. 193 və 88 saylı avtobuslar hər gün qarşı yola çıxaraq qəza şəraiti yaradır.

88 və 193 saylı avtobusların “şousu” - Video

193 və 88 saylı avtobuslar hər gün qarşı yola çıxaraq qəza şəraiti yaradır.



AzNews.az avtosfer.az-a istinadən xəbər verir ki, bu kadrlar günün ikinci yarısında Bakının Səbail rayonu ərazisində çəkilib. Neftçilər prospektində, "Dağla" Plazanın qarşısında yaranmış tıxac zamanı 88 və 193 saylı marşrut avtobusları qarşı yola çıxaraq yüksək sürətlə hərəkət etməklə qəza şəraiti yaradıblar. Bütün bunlar isə Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" kameralarının qarşısında baş verib.

Videonu göndərən Orxan Məmmədov bildirib ki, avtobus daim Bayıl qəsəbəsi tərəfə gedir və geri qayıdanda, yəni üzü şəhərə tərəf gələndə tıxaca düşür: "Hamı kimi mən də asta-asta gedirəm və maşın cərgəsində öz yolumla hərəkət edirəm. Lakin bu videodakı avtobuslar sürətlə və əks yola çıxaraq hərəkət edirlər. Xahiş edirəm, bunların barəsində ölçü götürülsün".

88 saylı marşrutun Bakının polis bölmələrindən birinin rəisinə məxsus olduğu bildirilir. 193 saylı marşrut isə "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovaya məxsusdur.



AzNews.az