“Sentyabrın 8-də partlayış baş verən Xırdalan şəhəri, 26-cı məhəllədəki beşmərtəbəli binada məskunlaşmış və Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlarda yerləşdirilmiş 30 ailə bir ay ərzində mənzillə təmin ediləcək”. “Sentyabrın 8-də partlayış baş verən Xırdalan şəhəri, 26-cı məhəllədəki beşmərtəbəli binada məskunlaşmış və Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlarda yerləşdirilmiş 30 ailə bir ay ərzində mənzillə təmin ediləcək”.

Partlayan binanın sakinlərinə mənzillər veriləcək - Rəsmi

“Sentyabrın 8-də partlayış baş verən Xırdalan şəhəri, 26-cı məhəllədəki beşmərtəbəli binada məskunlaşmış və Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlarda yerləşdirilmiş 30 ailə bir ay ərzində mənzillə təmin ediləcək”.


Bunu APA-ya açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsinin müdiri Sənan Hüseynov bildirib.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında boş mənzillər olmadığını nəzərə çatdıran S. Hüseynov deyib ki, Dövlət Komitəsi hökumətlə birgə 1 ay ərzində bu ailələrin mənzillə təminatı məsələsini həll edəcək.

Qeyd edək ki, partlayış baş verən binada əsasən Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşıblar. Partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.

AzNews.az