Adı kredit qalmaqalında hallandırılan 171 saylı məktəbin direktoru İradə Murğuzova işdən çıxarıldı. AzNews.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza verib. Adı kredit qalmaqalında hallandırılan 171 saylı məktəbin direktoru İradə Murğuzova işdən çıxarıldı. AzNews.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza verib.

Kreditini müəllimlərə ödətdirən direktor işdən çıxarıldı

Adı kredit qalmaqalında hallandırılan 171 saylı məktəbin direktoru İradə Murğuzova işdən çıxarıldı. AzNews.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza verib.



T.Rzanın sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı araşdırma aparıb. Onun işdən çıxarılmasının da kredit qalmaqalı ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, sentyabrın 18-də Xətai Rayon Məhkəməsində həmin məktəbin müəlliməsi Mədinə Tağıyevanın İradə Murğuzovaya qarşı iddiasına baxılacaq. Müəllimə İradə Murğuzovaya qarşı 100 min manat məbləğində təzminat davası açıb. Bundan əvvəl müəllimlərə kredit verən idarənin Xətai-Suraxaı mühasibatlığının direktoru da işdən çıxarılıb.

Bu arada məlum olub ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) digər məktəblərdə analoji problemlər yaranmasın deyə yeni tədris ilindən başlayaraq şəffaflıq məsələsinə xüsusi diqqət yetirəcək, müəllim və valideynlərin açıq qəbulunu keçirəcək.

İdarədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu açıq qəbullarda məqsəd müəllimlərin vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində təhsil müəssisəsi rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaqdır.

Məktəblərdə səyyar qəbullar da keçiriləcək, müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən yerindəcə öyrəniləcək. Valideynlər müəllimlərlə və məktəb direktorları ilə bağlı narazılıqlarını açıq şəkildə deyə biləcəklər.

AzNews.az