ABŞ ikinci Suriya ordusu yaradır

İngiltərənin nüfuzlu "Tayms" qəzeti Ciddədə təşkil olunan zirvədə Türkiyənin İŞİD-ə qarşı hücumlara qatılmayacağını, lakin Suriyada müxaliflərə təlim keçəcəyi iddiası ilə çıxış edib.

Axar.az xəbər verir ki, qəzet ABŞ-ın dəstəyi ilə Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniyanın İŞİD-ə qarşı mübarizə apara biləcək ikinci Suriya ordusu yaradacağını qeyd edib.

Bir müddət öncə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) gizli şəkildə İordaniyada Azad Suriya Ordusunun 4 min döyüşçüsünə təlim verdiyini xatırladan qəzet indi bu təlim-təhsil proqramının üç ölkədəki bazalar ilə genişləndiriləcəyini qeyd edib. Bununla da Türkiyənin yaxınlaşmaqda olan Yaxın Şərq müharibəsində aktiv deyil, passiv mövqedən çıxış edəcəyi, ABŞ-ın bu əməliyyatlarda Türkiyənin cənub sərhədlərindən istifadə edəcəyi vurğulanıb.

Qəzet Türkiyənin Ciddə zirvəsində 49 girovuna görə əməliyyatlardan imtina etməsini yalnız üzdə görünən səbəb kimi qiymətləndirib.

AzNews.az