30 mərtəbəli göydələni 15 günə tikdilər

Çinin "Broad Group" arxitektura şirkətinin memarlarının layihəsi əsasında 30 mərtəbəli göydələni 15 gün ərzində tikmək mümkün olub.

ANS PRESS-in məlumatına görə, çinli memarlar Xuan əyalətində 30 mərtəbəli otelin inşası ilə rekorda imza atıblar. Maraqlıdır ki, iş prosesinin düzgün təşkili və işçilərin məsuliyyəti burada başlıca rol oynayıb.

Otel zavodda hazırlanmış hissələrin bir-birinə birləşdirilməsi nəticəsində tikilib. "Broad Group" şirkəti ekoloji məsələlərin həlli sahəsində ixtisaslaşmağına baxmayaraq, onun layihəsi üzrə tikilən binalar yüksək texniki göstəricilərə malikdir.

Şirkətin nümayəndələri iddia edirlər ki, bu cür binalar 9 ballıq zəlzələyə davamlıdır.


AzNews.az