Hindistanda ağır yol qəzası- 16 ölü, 17 yaralı

Hindistanın Uttarakhand ştatında sərnişinlərlə dolu avtobus körpüyə çırpılaraq dərəyə yuvarlanıb.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, nəticədə, azı 16 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Məlumata görə, xəsarət alan sərnişinlərdən üçü ağır vəziyyətdədir.

AzNews.az