Obamadan xalqa müraciət

ABŞ prezidenti Barak Obama Suriyada və İraqda İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə tək olmadıqlarını bildirib.

ANS PRESS-in məlumatına görə, Obama xalqa həftəlik müraciətində ABŞ-ın ekstremistlərə qarşı mübarizəni müttəfiqlər və tərəfdaşlarla birgə apardığını bəyan edib.

Barak Obama bildirib ki, onun İraqa göndərdiyi ABŞ hərbi personalı İraq və kürd qüvvələrinə təlim vermək və terrorçulara qarşı mübarizədə onları kəşfiyyat məlumatları və təchizatla təmin etməyə kömək edəcək.

Obamanın sözlərinə görə, İŞİD terrorçu qruplaşması tərəfindən gələn təhlükələrə qarşı mübarizə kampaniyası bütün dünyaya ABŞ ən yüksək səviyyədə liderliyini nümayiş etdirir.

AzNews.az