Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu sentyabrın 15-də - Bilik günü orijinal aksiya həyata keçirəcək. Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu sentyabrın 15-də - Bilik günü orijinal aksiya həyata keçirəcək.

Sabah məktəblərdə alimlər dərs deyəcək - Aksiya

Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu sentyabrın 15-də - Bilik günü orijinal aksiya həyata keçirəcək.


"AzerFax"ın Bilik Fondundan aldığı məlumata görə, Fondun təşkilatçılığı ilə sabah ölkə məktəblərində alimlərlə şagirdlərin görüşü təşkil olunacaq. Akademiklər, professorlar, elmlər namizədələri, ictimai həyatda tanınmış şəxslər ölkənin 75 məktəbində ikinci dərsin müəllimləri olacaq, şagirdlərə təhsilin insan həyatındakı rolundan danışacaqlar.

Məlumata görə, Bilik Fondununun məktəblərlə bağlı digər layihələri də var ki, tədricən onların da reallaşdırılmasına başlanacaq. Fond hazırda məktblərin qardaşlaşdırlması layihəsini də həyata keçirir. Bu layihənin birinci mərhələsi artıq başa çatıb.

Azərbaycan Respublikasının Prezidneti Yanında Bilik Fondu prezident İlham Əliyevin 07 may, 2014-cü il tarixli fərmanı ilə təsis olunub. Bilik Fondu müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.