Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur. Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.

Azərbaycan “Bilik günü”nü qeyd edir

Bu gün Azərbaycanda Bilik günü kimi qeyd olunur.

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Bilik günü"ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq.

AzNews.az xəbər verir ki, bu gündən başlayan 2014-2015-ci dərs ili bir çox yeniliklərlə yadda qalacaq. Çünki bu il ilk dəfə ali təhsil müəssisələrində SABAH qrupları fəaliyyətə başlayacaq. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək. Bundan sonra yeni dərs ilində gənc müəllimlər ilk dəfə "müəllim andı" içəcəklər.

Qeyd edək ki, Təhsil Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda 139 mindən çox uşaq birinci sinfə gedəcək.

AzNews.az