İlk dərs günü ilə əlaqədar yollardakı tıxacların aradan qaldırılması üçün Bakı Dövlət Yol Polisinin bütün heyəti hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması üçün cəlb olunublar. İlk dərs günü ilə əlaqədar yollardakı tıxacların aradan qaldırılması üçün Bakı Dövlət Yol Polisinin bütün heyəti hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması üçün cəlb olunublar.

Tıxaclarla bağlı - Rəsmi açıqlama

İlk dərs günü ilə əlaqədar yollardakı tıxacların aradan qaldırılması üçün Bakı Dövlət Yol Polisinin bütün heyəti hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin olunması üçün cəlb olunublar.



Bu barədə Aznews.az-a Bakı şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov məlumat verib. O, bidirib ki, dərs ilinin ilk günü olduğundan yollarda tıxarclar yaranıb.

"Yol zolaqları üzrə sız cərgələnməsinin yüksək olması ehtimallarının olduğunu bildirmişdik. Ehtimallar doğru çıxdı. Həqiqətən də bu gün 8-00-dan paytaxtın mərkəzinə doğru yol zolaqları üzrə avtomobillərin sız cərgələnməsinin şahidi olduq. Buna baxmayaraq hər bir polis əməkdaşı təhlükəsizliyin təmin olunması və yol hərəkətində təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində tədbirləri davam etdirir".

20 Yanvar prospektindən, Babək prospektindən şəhərə doğru, Tiblisi prospektindən və digər küçələrdən şəhərə doğru avtomobillərin hərəkətində sıxlıq yarandığını təsdiqləyən DYP rəsmisi ən çox sıxlıq yaşanan ərazilərin adlarını da açıqladı.

"Hazırda Mikayıl Müşviq kəsişməsindən Hüseyn Cavidlə Bakıxanov küçəsi istiqamətində daha çox sıxlıq yaşanır. Daha çox təhsil müəssisələri və onlara bitişik küçə və yollarda ən çox avtomobil sıxlığı müşahidə olunur. Hesab edirəm ki, şagirdlərin məktəblərə çatdırılması ilə bağlıdır. Məsələn, bir uşağı məktəbə bir neçə maşına gətiri. Məktəblərin ətrafında maşınların dayanmasına icazə verilmir və nəzarət gücləndirilib. Lakin bu faktı da qeyd etmək lazımdır ki, biz qabaqcadan xəbərdarlıq etmişdik və müraciət etmişdik ki, şagirdlərin məktəblərə gətirilməsində diqqətli olsunlar"-deyə V.Əsədov bildirib.

Gültəkin ƏLƏSGƏR
AzNews.az