Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobilinin kobud yol hərəkəti qaydasını pozması ilə bağlı AzNews.az-a rəsmi açıqlama verib. Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobilinin kobud yol hərəkəti qaydasını pozması ilə bağlı AzNews.az-a rəsmi açıqlama verib.

Yol Polisindən Bakı merinin “protiv” sürüşünə - REAKSİYA

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun xidməti avtomobilinin kobud yol hərəkəti qaydasını pozması ilə bağlı AzNews.az-a rəsmi açıqlama verib.

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov AzNews.az-a açıqlamasında bildirib ki, paytaxt yollardakı bütün nəqliyyatın hərəkətinə kameralar vasitəsilə nəzarət olunur. Onun sözlərinə görə, həmin kameralar yol hərəkəti qaydalarını pozan sürücüləri aşkar edərək məsuliyyətə cəlb etməsi üçün fotomaterial hazırlayır.

Bakı meri barədə belə bir fotomaterialın hazırlanıb-hazırlanmadığını soruşduqda Vaqif Əsədov yalnız bunları dedi: "Ən yaxşı halda siz təbliğat işinin aparılmasına çalışın". Bundan sonra DYP sözçüsü telefonu söndürdü.

Yeri gəlmişkən, üç gün öncə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol polisi əməkdaşlarının AA seriyalı avtomobillərə göz yummadığını və onların sürücülərinə qarşı da tədbirlər görüldüyünü açıqlamışdı. Bakı merinin avtomobili də AA serisına aid olmasına baxmayaraq hələ ki, DYP bununla bağlı lazımi tədbirlər görməyib.

Xatırladaq ki, dünən Bakı merinin "BMW" markalı, 10 AA 008 dövlət nömrə nişanlı avtomobili Səməd Vurğun küçəsi ilə üzü Bakıxanov küçəsinə hərəkətdə olarkən tıxaca düşüb. Tədbirlərdən birinə tələsən Hacıbala Abutalibovun xidməti maşını yol hərəkəti qaydalarını pozaraq "Təzə bazar"ın qarşısından əks yola çıxan merin avtomobili Bakıxanov küçəsinə qədər "protiv" gedib.


Qeyd edək ki, bu cür qayda pozuntuları yalnız operativ nəqliyyat vasitələri tərəfindən edilə bilər ki, bu zaman həmin nəqliyyat vasitələrinin üzərində xüsusi səs siqnalları və rənglənmə qrafikası olmalıdır. Bakı meri Hacıbala Abutalıbovun avtomobili isə operativ yox, xidməti avtomobil olduğundan bu əmələ görə merin sürücüsünə 100 manat və 4 cərimə balı düşür. Avtomobildə quraşdırılan və qanunla qadağan olunan səs siqnalından istifadəyə görə isə 150 manat cərimə nəzərdə tutulur.



Gültəkin ƏLƏSGƏR
AzNews.az