Azərbaycanda icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq səhiyyə sisteminin idarə olunması da dəyişəcək. AzNews.az fins.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuata müsahibəsində baş nazirin müavini Əli Əhmədov bildirib. Azərbaycanda icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq səhiyyə sisteminin idarə olunması da dəyişəcək. AzNews.az fins.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuata müsahibəsində baş nazirin müavini Əli Əhmədov bildirib.

Rayon səhiyyə idarələri ləğv edilə bilər - Açıqlama

Azərbaycanda icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq səhiyyə sisteminin idarə olunması da dəyişəcək. AzNews.az fins.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuata müsahibəsində baş nazirin müavini Əli Əhmədov bildirib.


Xəstəxanalarda arxayınçılıq ab-havası var

Onun sözlərinə görə, səhiyyə müəssisəsinin dövlət hesabına indiki formada maliyyələşməsi daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə həvəsləndirmir: "Təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlıvaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır".

Hər manatı qazanmaq lazım gələcək

İcbari tibbi sığortaya keçid isə vəziyyəti dəyişəcək: "İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək".

Baş həkimlər dövrü bitir, xəstəxanaları menecerlər idarə edəcək

Bu proses xəstəxanaların idarə edilməsi prinsipini də dəyişəcək. Baş nazirin müavini bildirib ki, xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi "baş həkim" rolu "menecer baş həkim" rolu ilə əvəzlənəcək.

Xəstəxanalar özünü maliyyələşdirməyə keçəcəklər

Ə.Əhmədov bildirib ki, hökumət xəstəxanaları özəlləşdirmək niyyətində deyil. Onun sözlərinə görə, bəzi ölkələr icbari tibbi sığortaya keçidlə bağlı xəstəxanaları özəlləşdiriblər, amma bizdə belə olmayacaq: "Hesab edirəm ki, Azərbaycanda dövlətin böyük qayğısı nəticəsində səhiyyənin infrastrukturu əsaslı surətdə yeniləşib, müasirləşib, bu səbəbdən də onların özəlləşməsinə ciddi ehtiyac yoxdur. Yaxın gələcəkdə belə bir ehtiyacın yaranacağı da inandırıcı görünmür". Lakin dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir. Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.

Regional səhiyyə idarələri yaranacaq

Səhiyyə sistemində digər dəyişiklik buradakı inzibatçılıqla bağlı olacaq. Ə.Əhmədovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə inzibatçılığı sadələşməlidir: "İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər".

AzNews.az