Azərbaycan Dil Qurumundan möhtəşəm layihə

Azərbaycan Dil Qurumu İctimai Birliyi 24 iyul 2013-cü il tarixdə, saat 14:00-da Birliyin ofisinin (X.Rüstəmov 1210, Xətai metrosunun yaxınlığı) akt zalında "adq.az" saytının təqdimatını keçirəcək.

Orfoqrafiya lüğətinin yeni formada axtarış sisteminə daxil edildiyi sayt bir sıra keyfiyyətləri ilə jurnalistlər, nəşriyyat işçiləri, tələbə və müəllimlər, ümumiyyətlə, söz adamlarının ana dili normalarını qorumasına yardım üçün nəzərdə tutulub.

Qeyd edək ki, saytın hazırlanması üçün ilkin maliyyə dəstəyini Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası həyata keçirib.

"Adq.az" saytının təqdimatına KİV nümayəndələri, nəşriyyat redaktorları, ziyalılar və dilçi alimlər dəvətlidir.

AzNews.az