Əsər seçimini kim edir: nazirlik, yoxsa teatr?

"Mədəniyyət və Turizm Nazirliyində mənə dedilər ki, teatrların əsər seçiminə qarışmırıq".

Bunu AzNews.az-a açıqlamasında yazıçı-dramaturq Firuz Mustafa Akademik Milli Dram Teatrda səhnəyə qoyulan əsərlərlə bağlı teatrın direktoru İsrafil İsrafilovun fikrinə mmünasibət bildirərkən deyib.

F. Mustafa teatrların əsər seçimi məsələsinə aydınlıq gətirməyə çalışıb: "Doğrusu, mən bu prosesin və ya mexanizmin necə həyata keçirildiyini bilmirəm. Hərəsi bir söz deyir. Mədəniyyət və Turizm Nazirliyi seçimi teatrın olduğunu deyir, teatr isə əksini...Kimin düz, kimin əyri olduğunu bilmək olmur. Sadəcə, o məlumdur ki, bizdə teatrların əksəriyyəti dövlətə məxsusdur. Bu mənada teatrların repertuar planının hazırlanmasında dövlət təsisatlarının iştirak etməsi təbiidir".

Yazıçı bildirib ki, teatrların özünə də seçim imkanı vermək lazımdır. Xatırladaq ki, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov AzNews.az-a açıqlamasında teatrlarda hər hansı bir əsərin quruluş verilməsinə Mədəniyyət və Turizm Nazirliyinin cavabdeh olduğunu deyib.

Bahar Rüstəmli
AzNews.az