Gənclər klassikləri “diriltdi”

"Dirilik nədir?" adlanan kitabda Azərbaycan ədəbiyyatında və tarixində önəmli yer tutan 13 müəllifin (Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı) məqalə, felyeton və hekayələri toplanıb.

AzNews.az xəbər verir ki aprelin 19-u, saat 15:00-da "İçərişəhər - Bookhouse & Cafe"-də (Asəf Zeynallı küçəsi 16. Meridian otelin yaxınlığı) isə kitabın təqdimatı və satışı olacaq.

Məlumat üçün bildirək ki, kitabın ön sözü Dilqəm Əhmədə aiddir.

AzNews.az