- Köhnə - Hadisə
- 15 Aprel 2014 08:52
- 10 672
DİN-in İlham Mirzəyev əsəbi – Teleaparıcının yeri məlum oldu
İ. Mirzəyevin hələ də DİN-də saxlanmasının səbəbini öyrənmək məqsədilə adıçəkilən qurumun mətbuat xidməti ilə əlaqə saxladıq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Ehsan Zahidov isə İ. Mirzəyevin saxlanma şəraiti ilə bağlı ona ünvanlanan sualdan yayınmaq bir yana, jurnalistlə qeyri-etik tərzdə danışıb. E. Zahidov "Onun harada saxlanmasının sənə nə aidiyyatı var? Sən gedib ona dəymək istəyirsən?" – deyərək, telefonu bağlayıb.
Qeyd edək ki, İlham Mirzəyev aprelin 11-də saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Teleaparıcı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.
İntiqam Valehoğlu
AzNews.az