Nazirlik polkovnikin işdən uzaqlaşdırılmasını təsdiqlədi

Müdafiə Nazirliyi qurumun Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmov ordu sıralarından təxris olunması ilə bağlı xəbərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Rövşən Məhərrəmov ordu sıralarından tərxis olunaraq təqaüdə göndərilib.

Qeyd olunub ki, R.Məhhərəmov təqaüdə göndərilməsi onun səhhəti ilə bağlı olub: "Zabit 6 yanvar 2014-cü ildə ordu sıralarından xəstəliyə görə ehtiyata buraxılıb".

Amid Əyyuboğlu
AzNews.az