Ulduz futbolçuya itki üz verdi

İsveç milli komandasının və Fransanın PSJ klubunun futbolçusu Zlatan İbrahimoviçin qardaşı Sapkonun dəfn mərasimi islam adətinə uyğun keçirilib.

AzNews.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Sapko müsəlman olduğundan, cənazə namazını İsveçin Malmö şəhərindəki islam topluluğunun lideri qılıb.

Mərasimə topluluğun üzvləri də qatılıblar. Zlatan İbrahimoviç həyat yoldaşı və uşaqları ilə birgə qardaşı üçün son borcunu yerinə yetirib. Dəfnin ardından o, təziyələri qəbul edib. Hücumçunun bu zaman taqətsiz olması diqqətdən yayınmayıb.

Qeyd edək ki, Zlatan İbrahimoviç daha öncə verdiyi müsahibədə heç bir dinə inanmadığını açıqlayıb.


AzNews.az