İlham Əliyev Danimarka Kraliçasını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Danimarka Kraliçası II Marqreteni ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

AzNews.az - ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

"Ülyahəzrət, Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Danimarka arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

AzNews.az