Nazirliyin açıqladığı maraqlı faktlar

2013-cü və 2014-cü ilin ilk üç ayında respublika üzrə qanunsuz olaraq ağacların kəsilməsinə görə 321 nəfərə 4.601. 542 manat cərimə tətbiq olunub. Tətbiq olunan cərimələrin cəmi 70.000 manatı ödənilib".

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, Bakı üzrə 4 000 000 manatdan çox cərimə tətbiq edilsə də, bu cərimələrin yalnız 25 500 manatı ödənilib:

"Özünüz də gördüyünüz kimi, külli miqdarda cərimə tətbiq etsək də, onun yalnız cüzi hissəsi ödənilib".

Raqif Mirzəyev cərimələrin ödənilməməsinə görə rayon icra qruplarını da günahlandırıb:

"Bizdə qanunvericilikdə belədir ki, cərimə qərarları çıxarılır və qanunvericiliyə uyğun olaraq rayon icra qruplarına göndəririk. Onlar da məsələni icraata götürərək cərimənin ödənilməsini təmin etməlidirlər. Lakin təəssüflər olsun ki, bu baş vermir və nəticədə belə acınacaqlı statistika qeydə alınır" ("Aktual.az").