Ukrayna ordusu Slovyansk şəhərini mühasirəyə aldı

Ukraynanın hökumət qoşunları Slovyansk şəhərinin ətrafına çatıb və onu mühasirəyə alıb.

Accosiated Press və Frans Press Slovyanskın şimalında zirehli maşınlar və tanklar karvanı barədə məlumat verir.

İTAR-TASS Slovyanskın meri Ponomaryova istinadla xəbər verir ki, hökumət qoşunları Slovyanskı mühasirəyə alıb.

Şəhərdə inzibati binaları tutan rusiyapərəst qüvvələr barrikadalar qurur.(ANS)