Xaçmazda iki maşın toqquşdu - 2 yaralı - Foto

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 34-cü km-də qeydə alınıb. Xaçmaz rayon sakini 1993-cü il təvəllüdlü Şıxəliyev İlqar Raviq oğlunun idarə etdiyi "Vaz 2106" markalı, 50 BC 956 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz rayon sakini 1962-ci il təvəllüdlü Seyidov Sabir Seyid oğlunun idarə etdiyi 10 KU 773 dövlər qeydiyyatlı "Vaz 21 07" markalı maşınla toqquşub.

Qəza nəticəsində iki nəfər müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan hər iki sürücü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Qəza "Vaz 2107"-nin sürücüsünün idarəetməni itirərək əks istiqamətə çıxması nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


AzNews.az
image description image description image description