Putin: “Ukrayna vətəndaş müharibəsinin astanasındadır”

Almaniyanın federal kansleri Anqela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. AzNews.az-ın "kremlin.ru" saytına istinadən verdiyi məlumata görə, Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı Ukraynada baş verənlərə diqqət yönəldilib. V. Putin deyib ki, Ukraynada baş verənlər ölkəni vətəndaş müharibəsinə sürükləyir.

Liderlər aprelin 17-də Rusiya, Avropa İttifaqı, ABŞ və Ukrayna rəsmlərinin iştirakı ilə Cenevrədə 4 tərəfli görüşün keçirilməsinin əhəmiyyətini də vurğulayıblar. Ölkə başçıları bu görüşün problemin sülh yolu ilə həllinə təkan olacağını da ümid ediblər.

AzNews.az