Tanınmış teleaparıcı metroda qaldı

Tanınmış teleaparıcı, Xəzər televiziyasında yayımlanan "Yolçu" verilişinin aparıcısı Yusif Kərimli metroda qalıb. AzNews.az-ın məlumatına görə, teleaparıcı bu barədə Facebook profilində yazıb:

"Yarım saatdır qatarda qalmışıq, istidən bişirik. Camaatda panika yaranıb. Maşinist iki dəfə elan edib ki, xətdəki texniki asazlığa görə ləngiyirik. Allah axırını xeyir eləsin".

Qeyd edək ki, bu dəqiqələrdə Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən qatar Əhmədli və Həzi Aslanov metrostansiyaları arasındakı tuneldə hərəkətini dayandırıb.

İntiqam
AzNews.az