Ukraynanın 6 hərbi texnikası ələ keçirildi

Ukraynanın Müdafiə Nazirliyi Donetsk vilayətinin Kramatorsk şəhərində 6 zirehli texnikanın rusiyayönüllər tərəfindən ələ keçirildiyini təsdiqləyib.

AzNews.az xəbər verir ki, Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, həmin hərbi texnika Kramatorska antiterror əməliyyatı çərçivəsində göndərilibmiş.

Mənbə bildirib ki, rusiyayönlü kütlə 6 zirehli texnikanın qarşısını kəsib. Nəticədə onlar texnikanı ələ keçirərək, onu Slavyanska doğur yola salıblar.

Ukrayna hakimiyyəti texnikanı idarə edən hərbçilərin yerini öyrənməyə cəhd göstərir.


AzNews.az