Türkiyədə gəmi qəzası - 8 ölü

Türkiyənin qərb sahillərində qəminin qəzaya uğraması nəticəsində 8 suriyalı qaçqın ölüb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, üç nəfərin həyatını xilas etmək mümkün olub.

İlkin məlumatlara əsasən, göyərtəsində Suriya vətəndaşları olan gəmi Yunanıstana yollanırmış. Hazırda hadisənin təfərrüatları araşdırılır, ölənlərin sayı dəqiqləşdirilir.

AzNews.az