Qaçqın şəhərciyində bədbəxt hadisə - 1 ölü, 1 yaralı

Göygöldə tikilməkdə olan qaçqın şəhərciyində bədbəxt hadisə yaşanıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, inşaat işində çalışan fəhlələrin üzərinə daş düşüb. Nəticədə 1 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Hadisə bu gün axşam 21:00 radələrində baş verib. Göstərilən tibbi yardımlara baxmayaraq 45 yaşlı Ayaz Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib. Digər xəsarət alan 51 yaşlı Əliqəmə Məmmədovun müalicəsi isə davam etdirilir. Həkimlər yaralının həyatı təhlükəsi olmadığını bildiriblər.

Hər iki şəxs Ağcəbədi rayon sakinləridir.

Hazırda Göygöl rayon prokurorluğunda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.


AzNews.az