Tanınmış cazmen 55 yaşında

Azərbaycanın tanınmış cazmeni-bəstəkar Salman Qəmbərovun 55 yaşı tamam olur. 55 illik yubiley sevincini AzNews.az-la bölüşən bəstəkarın sözlərinə görə, bu əlamətdar tarixi ailəsi ilə birlikdə qeyd edəcək.

Xatırladaq ki, bəstəkar 1959-cu il aprelin 18-də anadan olub. O, simfoniya (1990); simli kvartet üçün dilogiya (1991); skripka və piano üçün "Buta" instrumental fantaziyası (1992); səs, nağara və piano üçün "Şərq ya Qərb" süitası (2000), teatr tamaşalarına musiqi: "Ailəvi week-end" (1993) və "Otello" (1998) "Lətif" səssiz bədii filminə musiqi (2001)-nin müəllifidir.

Bahar
AzNews.az