“Nurlu ömrün anları” Tiflisdə

İrəvan teatrı Tiflisə gedir

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Tiflisə qastrol səfərinə gedir.
Bu barədə AzNews.az-a teatrın direktoru İftixar Piriyev məlumat verib.
O deyib ki, teatr mayın 1-dən 12-dək Tiflisdə azərbaycanlıların sıx yaşadığı bölgələrdə, o cümlədən Sadaxlı, Kəpənəkçi, Qaçağan, Qaraçöp kəndlərində olacaq. Teatr qastrol zamanı "Nurlu ömrün anları" mənzum tamaşa ilə çıxış edəcək. Səfər "Dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevi anır" layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.

Bahar
AzNews.az