AST Telmanın böyük məbləğdə maliyyə fırıldağı aşkarlandı- “Mardan Palace” cərimələndi

Türkiyənin məşhur banklarından olan "Halkbankda" Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovla bağlı maliyyə fırıldağı aşkarlanıb.

AzNews.az xəbər verir ki, 1,4 milyard dollara Türkiyənin ən bahalı oteli "Mardan Palace" açan iş adamına verilən 62,5 milyon dollar kreditin geri qaytarılmasında problem yaşanıb. Bank rəhbərliyi iş adamına ayrılan kreditlə bağlı araşdırma aparılması üçün tapşırıq verib. Araşdırmalardan sonra bəlli olub ki, Telman İsmayılova kredit verənlər "hovuz mediası"na 200 milyon dollar kredit ayıran Hüseyn Aydın ilə 17 dekbar tarixində "Böyük Rüşvət" əməliyyat zamanı həbs edilən "Halkbankın" keçmiş müdiri Süleyman Aslandır. Bank tərəfindən kreditin geri qaytarılmasında problemlər yaşandığı üçün Telman İsmayılovun "Mardan Palace" otelinə cərimə tətbiq olunub. Aparılan araşdırmalardan bəlli olub ki, otelin yerləşdiyi ərazinin bir hissəsinin ipoteka dəyəri yoxdur. Hazırda "Halkbank"da ortaya çıxan faktla bağlı araşdırma aparılarkən, məsələnin hələlik içtimailəşdirilməməsi üçün rəhbərlik tərəfindən ciddi tapşırıq verilib.

Xəyalə Məmmədova
AzNews.az