- Köhnə - Hadisə
- 22 Aprel 2014 11:03
- 7 206
Şeyxülislam QMİ-də ciddi kadr islahatlarına başladı- Özəl
Bunun bazasında isə regionun rayonlar üzrə ayrı-ayrılıqda nümayəndələri müəyyənləşdirilib. QMİ sədrinin səlahiyyətli nümayəndələrinin seçilməsi səsvermə yolu ilə baş tutub. Bölgələr üzrə səlahiyyətli nümayəndələr isə daha yüksək posta təyinat alıblar. Onlar bölgələr üzrə QMİ-nin Qazilər Şurasına üzv seçiliblər. Rayon axundları isə QMİ-nin həmin ərazi üzrə səlahiyyətli nümayəndə statusuna layiq görülüblər. Hələlik bəzi rayonlara QMİ-nin səlahiyyətli nümayəndələrinin seçilməsi prosesi tam yekunlaşmayıb. Bölgələr üzrə seçilmiş qazilər isə yaxın günlərdə öz işlərinin icrasına başlayacaqlar. Bununla da Qazilər Şurasının üzvlərinin sayı artırılıb. Bu barədə rəsmi mövqe öyrənmək üçün QMİ-nin aydiyyəti şəxslərinə edilən müraciətlərimiz cavabsız qalıb.
Amid Əyyuboğlu
AzNews.az