- Köhnə - Siyasət
- 23 Aprel 2014 08:19
- 4 329
ABŞ səfiri prezidentlərin görüşünə ümid edir
Onun sözlərinə görə, prezidentlərin görüşü həm rəsmi, həm də qeyri-rəsmi şəkildə keçirilə bilər.
R.Morninqstar ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ üzrə davam edən danışıqlar prosesində fəal çalışdığını bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün konkret addımlar müzakirə edilməlidir. Bu səbəbdən hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi vacibdir".
Qeyd edək ki, Riçard Morninqstar bu gün Bakıda keçirilən Beynəlxalq Xəzər Enerji Forumunda iştirak edəcək.(qafqazinfo)