- Köhnə - Cəmiyyət
- 23 Aprel 2014 09:36
- 3 619
XİN: Azərbaycanla Türkmənistan arasında problem yoxdur
Nazirin sözlərinə görə, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Xəzər əməkdaşlıq və təhlükəsizlik dənizinə çevrilsin. Nazir dünən Rusiya paytaxtında keçirilən Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin görüşünün yekunlarını şərh edərək bildirib ki, Xəzəryanı ölkələrin XİN rəhbərləri dünən Moskvada Xəzərin statusu üzrə yekun konvensiya üzərində işləyiblər.
Məmmədyarov deyib: "Tərəflər dənizin statusunun müəyyən olunması məsələsində böyük addım atıblar. Beş ölkənin hamısı bu məsələdə irəliləyişə nail olmaqda maraqlıdır. İyunda nazir müavinləri səviyyəsində Tehranda daha bir görüş keçiriləcək". Onun sözlərinə görə, əgər lazım gələrsə, Xəzəryanı ölkələr XİN rəhbərləri səviyyəsində daha bir görüş keçirəcəklər.
AzNews.az