Sərin hava şəraiti davam edəcək

Yaxın iki gün ərzində Azərbaycanda sərin hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı proqnozlaşdırılır. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 24-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 22-27, dağlıq ərazilərdə gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

AzNews.az