Azad Rəhimov: “Nurçularla heç bir əlaqəm yoxdu“

Azərbaycan gənclər və idman naziri Azad Rəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib. Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında nurçularla heç bir əlaqəsinin olmadığını söyləyib: "Nurçuluq nədir, heç mən onu bilmirəm. Onu mənə başa salsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".

Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı tikilən obyektlərə görə ağacların kəsilm`sini də düzgün saymayıb: "Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzər salaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilir və yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görəs də təklif edirəm ki, nəyisə yazmaqdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunu yaymaqda ya qərəzli mö qe nümayoş etdirilər ya da qeyri- peşəkar jurnalistlər bunu yazırlar".

A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığının artması üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır. Nazir deyib ki, 10 il ərzində onların gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilə rayonlarda gənclər QHT-lərin sayında artım nəzərə çarpır. A.Rəhimov deyib ki, ötən il gənclər təşkilatlarına 137 layihə üçün 5.540.991,40 manat ayrılıb.

AzNews.az